Məlikovla İsayev Subaşiçlə görüşəcək
02.07.2013 - 08:31
Azərbaycanlı futbolçular Rail Məlikovla Arif İsayevin şərəfini qoruduğu Türkiyənin “Dənizlispor” klubunun hazırlıq planları açıqlanıb. Apasport.az saytının məlumatına görə, I liqa təmsilçisi növbəti mövsüm üçün sabah Haluk Ulusoy bazasında bir araya gələcək.
İyulun 22-ə qədər orada məşqlər edəcək Dənizli təmsilçisi ardından 10 günlük Boluya təlim-məşq toplanışına gedəcək. Burada I liqada rəqiblərindən “Tavşanlı Linyitspor” və millimizin hücumçusu Branimir Subaşiçin yeni keçdiyi “Orduspor”la yoxlama matçı keçirəcək “Dənizlispor” avqustun 2-də toplanışını bitirib, Türkiyə İdman Yazarları Dərnəyi Kubokuna qatılacaq.

0
0