“Azərbaycan klubundan revanş almaq üçün gözəl imkanımız var”
02.07.2013 - 08:46
“Qarabağ”la 3 il öncə Avropa Liqasında 2 oyunun nəticəsinə görə 1:5 hesabı ilə uduzduq. İndi qarşıdakı 1 həftədə Azərbaycan klubundan bunun revanşını almaq üçün gözəl imkanımız var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Makedoniyanın “Metallurq” klubunun baş məşqçisi Srcan Zahariyevski deyib. Skopye təmsilçisinin gənc çalışdırıcısı ağdamlılarla bugünkü ev oyununda qələbəyə iddialıdır.
Onun sözlərinə görə, yetirmələri buna nail olmaq gücündədir: “Hərçənd rəqibin obyektiv olaraq daha yaxşı keyfiyyətləri var. “Qarabağ”ın beynəlxalq reytinqi daha yüksəkdir. Ancaq hələ də o fikirdəyəm ki, biz oyunda nəticə qazanmağa hazırıq. Avropa oyunlarına məhsuldar hazırlaşıb, nəhayət, özümüzü göstərmək imkanımız var. Bizim üçün kiçik əngəl odur ki, Makedoniya futbolunun reytinqi aşağıdır. Buna görə qitə miqyaslı turnirə daha erkən başladığımızdan, futbolçular istirahətə və başa çatan ağır mövsümdən reabilitasiyaya yetərincə vaxtı olmur”.

0
0