Toşak 10-cu olacaq
02.07.2013 - 10:01
Toşak 10-cu olacaq
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Azərbaycan klublarını avrokuboklara çıxaran 10-cu əcnəbi mütəxəssis kimi tarixə düşəcək. Apasport.az saytının məlumatına görə, uelsli çalışdırıcı ilk dəfə təmsilçimizi qitə səhnəsinə çıxaracaq.

Toşaka qədər 9 yadelli buna nail olmuşdu. Onlardan 4-ü - Anatoli Demyanenko, İqor Nakoneçnı, Valentin Xodukin, Roman Pokora ukraynalıdır. Digər “5-lik” isə hərəsi 1 ölkəni təmsil edir: Rasim Kara (Türkiyə), Mirça Rednik (Rumıniya), Qyoko Hacıyevski (Makedoniya), Kaxaber Sxadadze (Gürcüstan), Vinfrid Şafer (Almaniya).