Ta-Qalidə ilk üçün
02.07.2013 - 11:14
Ta-Qalidə ilk üçün
Bu gün Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran” Maltada “Slima”nın qonağı olacaq. Apasport.az saytının məlumatına görə, oyunun keçiriləcəyi Ta-Qali şəhəri Azərbaycan üçün yığmamızın oyunları ilə əlamətdardır.

Belə ki, millimiz bu şəhərdə 4 yoxlama oyunu keçirib. Bunlardan ikisi beynəlxalq turnir çərçivəsində baş tutub. Komandamız bütün görüşlərdə qol vurmadan məğlub olub. “Xəzər Lənkəran” Ta-Qalidə ilk qələbəmizi qazanmağa çalışacaq.

19 aprel 1994. Ta-Qali. YO. Malta – Azərbaycan - 5:0
6 fevral 2000. Ta-Qali. BT. Malta – Azərbaycan - 3:0
8 fevral 2000. Ta-Qali. BT. Albaniya – Azərbaycan - 1:0
17 aprel 2002. Ta-Qali. YO. Malta – Azərbaycan - 1:0