“Qəbələ”nin yeni transferi “Metallurq”la matçda oynamayacaq
02.07.2013 - 11:33
“Qəbələ”nin dünən 1 illik müqavilə bağladığı Daniel Subotiç hələ yeni komandasının düşərgəsinə qoşulmayıb. Klubun baş meneceri Zaur Əzizovun apasport.az saytına verdiyi məlumata görə, bosniyalı futbolçu hazırda yaşadığı İsveçrədədir.
Belə ki, 24 yaşlı futbolçu iyulun 4-dən etibarən yeni komandasına qoşulacaq. Bu isə o deməkdir ki, hücumçu “Qəbələ”nin sabah Zaporojye “Metallurq”u ilə oyununda meydana çıxmayacaq.
Qeyd edək ki, Subotiç Zaqrebdə doğulsa da, valideynləri bosniyalıdır. Sonradan İsveçrəyə köçən Daniel bu ölkənin vətəndaşlığını qəbul edib. Onun İsveçrədə klub karyerası olmasa da, bu ölkənin U-19-da oynayıb.

0
0