Azərbaycanda 5 qol vurdu, debütanta keçdi
02.07.2013 - 12:00
Zaqatalanın “Simurq” klubunun sabiq futbolçusu Marçin Burkhardt özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, Polşa yığmasının sabiq üzvü karyerasını vətənində davam etdirəcək. Ötən mövsüm Zaqatala təmsilçisində keçirən hücumçu “Zavişa” klubuna keçib. Ekstraklasanın debütantı yenicə yüksəldiyi liqaya hazırlıq məqsədilə heyətini gücləndirməyi lazım bilib. Bu üzdən də veteranın xidmətinə ehtiyac duyub.
Qeyd edək ki, Marçin Topaz Premyer Liqasının son mövsümündə 23 oyuna 5 qol vurub.
Qeyd edək ki, Marçin Topaz Premyer Liqasının son mövsümündə 23 oyuna 5 qol vurub.
0
0