Con Toşak UEFA nümayəndəsinə gileyləndi
02.07.2013 - 13:18
Con Toşak UEFA nümayəndəsinə gileyləndi
Bu gün keçiriləcək “Slima Uonderers” – “Xəzər Lənkəran” oyunundan öncə təmsilçimiz matçın keçiriləcəyi arenada son məşqinə çıxarkən maraqlı məqam yaşanıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qonaqlar süni örtüklü arenanın durumundan narazı qalıb.

Belə ki, “Xəzər Lənkəran” rəhbərliyi bu barədə öz etirazını yerindəcə matça təyin olunmuş ispaniyalı UEFA nümayəndəsinə bildirib. Elə baş məşqçi Con Toşak da qazonun durumu ilə bağlı etirazını UEFA nümayəndəsinə çatdıraraq belə bir arenada Avroliqa matçının keçirilməsinə təəssüfləndiyini bildirib.

Qeyd edək ki, UEFA nümayəndəsi ispaniyalı Luis Kuervasdır.