“Slima” – “Xəzər Lənkəran” matçını yayımlayacaq kanal dəyişdi
02.07.2013 - 13:34
“Slima” – “Xəzər Lənkəran” matçını yayımlayacaq kanal dəyişdi
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Slima” – “Xəzər Lənkəran” matçını yayımlayacaq kanal dəyişib. Bu barədə apasport.az saytına cənub təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

O bildirib ki, öncədən qarşılaşmanın AzTV vasitəsilə canlı yayımı nəzərdə tutulmuşdu. Ancaq qarşılaşmanın başlayacağı vaxtda dövlət televiziyasının proqramında dəyişiklik edilə bilmədiyindən Maltadakı oyun “İdman Azərbaycan” kanalı ilə yayımlanacaq.