İspaniya yığmasında 3 qol vuran futbolçu Azərbaycandan təklif alıb
02.07.2013 - 14:19
İspaniya milli komandasının sabiq futbolçusu Fransisko Ximenes Azərbaycan klublarının maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, Sequnda təmsilçisi “Kordoba”dan ayrılmağa qərar verən 27 yaşlı hücumçu hazırda seçim qarşısındadır.
Belə ki, futbolçuya vətənində “Saraqosa”, “Rayo Valyekano”, “Malyorka” “elçi” düşüb. Bundan başqa, Almaniya, Azərbaycan və Türkiyə klublarından da təklif alan Ximenes və menecerləri bu komandaların adlarını açıqlamaq istəmir. Lakin ispan həmkarlarımız hücumçunun əvvəllər də çıxış etdiyi İngiltərəyə meylli olduğunu iddia edir. Amma britaniyalılardan real təklif olmadığımdan futbolçu düşünmək məcburiyyətindədir və Azərbaycan variantını da götür-qoy edir.
Qeyd edək ki, La Korunya “Deportivo”sunun yetirməsi olan Xisko ləqəbli futbolçu sonradan İngiltərə “Nyukasl”ına transfer olunub. Bu il isə “Kordoba”ya keçib. Lakin həm “Deportivo” (2005-08), həm də “Nyukasl” (2008-13) karyerasının bir hissəsini icarələrdə keçirən hücumçu “Veçindan” və “Rasinq”in də formasını geyib. La Korunya təmsilçisində 69 oyuna 17 qol vuran Ximenes İngiltərə klubunda 9 matçda 1 qol vurub. İspaniyanın U-21 yığmasındakı çıxışları ilə də tanınan forvard burada 11 qarşılaşmaya 3 top vurub.

0
0