Hollandiyalılar Platyenin “Neftçi”yə keçdiyini rəsmən açıqladı
02.07.2013 - 14:46
Hollandiyalılar Platyenin “Neftçi”yə keçdiyini rəsmən açıqladı
Hollandiyanın “Neymegen” klubu hücumçusu Melvin Platyenin “Neftçi”yə transfer olunduğunu rəsmən açıqlayıb. Apasport.az-ın məlumatına görə, yüksək liqa təmsilçinin rəsmi saytında ayrılan 2 futbolçudan birinin Melvin olduğu göstərilib.

Belə ki, 26 yaşlı hollandiyalı Azərbaycan klubu ilə 2 illik müqavilə imzalayıb. Klubun texniki direktoru Karlos Aalbers hələ 1 illik müqavilələri olan 2 futbolçusunu münasib qiymətə satdıqlarını söyləyib: “İndi daha 1 futbolçunu sata bilərik ki, bu da iqtisadi cəhətdən bizə sərfəlidir. Ancaq eyni zamanda onu da başa düşürəm ki, bizə əlavə hücumçu lazımdır”.

Qeyd edək ki, son 2 mövsümdə oynadığı 61 oyunda 15 qol vuran hücumçu ötən çempionatda 9 dəfə fərqlənməklə, komandasının ən sərrast futbolçusu olub.