“Bakı klubu iddialı rəqibdir”
02.07.2013 - 15:25
“Çempionlar Liqasının püşkatmasının nəticələrinə əsasən asan olmayan qrupa düşdük. Lakin buna baxmayaraq istənilən rəqiblə mübarizə aparmağa hazırıq və bunu edəcəyik də”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “Konelyano” klubunun baş məşqçisi Marko Qaspari deyib.
Mütəxəssis qadın voleybolçular arasında Çempionlar Liqasının püşkatmasının nəticələrini dəyərləndirib. Vaxtilə Azərbaycanda “Bakı” klubunda baş məşqçinin köməkçisi işləmiş Qaspari digər təmsilçimiz “Azəryol”un rəqibi olub. Mütəxəssis bakılılar İtaliya “Yamamay”ı və Türkiyə “Qalatasaray”ı ilə mübarizədən çəkinmədiklərini bildirib: “Belə rəqiblərlə ayaqlaşmaq bizim üçün çox çətindir. Lakin mərhələ adlamaq üçün hər şey edəcəyik. Həmyerlilərimiz bizim üçün böyük problemdir. Lakin Bakı və İstanbul klubları da “Dördlər finalı” iddiasında olan rəqiblərdir”.
Qeyd edək ki, Qaspari “Bakı”da indi “Azəryol”u çalışdıran Ancelo Vercessinin köməkçisi olub.

0
0