“Qəbələ” – “Metallurq” oyununun başlanma saatı bilindi
02.07.2013 - 17:58
“Qəbələ” – “Metallurq” oyununun başlanma saatı bilindi
“Qəbələ” sabah ötən mövsüm Ukrayna premyer-liqasında çıxış etmiş Zoporojye “Metallurq”u ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, Yuri Syominin yeni komandasında ilk sınağının başlanma saatı təxmini müəyyənləşib. Belə ki, görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Qəbələ”dən fərqli olaraq, “Metallurq” artıq Türkiyədə ilk yoxlama oyununu keçirib. Ukraynalılar “Qəbələ”nin iyulun 7-də oynayacağı “Trabzonspor”la 1:1 oynayıb.