“Slima” – “Xəzər Lənkəran” oyunu boş tribunalar qarşısında
02.07.2013 - 18:45
“Slima” – “Xəzər Lənkəran” oyunu boş tribunalar qarşısında
“Xəzər Lənkəran”ın Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Maltanın “Slima” klubunun futbolçuları oyun keçiriləcək stadiona avtobusla gəlməyib. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin oyunçuları arenaya tək-tək gəlib. Oyuna 1 saat qalmış qalsa da, tribunalarda azarkeş yoxdur.

Qeyd edək ki, lənkəranlıları oyuna kapitan qismində Adrian Skarlatake çıxaracaq. Rumıniyalı müdafiəçi cəzalı Rahid Əmirquliyevi əvəzləyib.