“Xəzər Lənkəran”ın kapitanı müəyyənləşdi
02.07.2013 - 18:55
“Xəzər Lənkəran”ın kapitanı müəyyənləşdi
Avropa Liqasının I təsnifat mərhələsinin bu gün keçiriləcək “Slima” ilə Maltadakı görüşündə “Xəzər Lənkəran”ın kapitanı olacaq futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, cənubluları meydana kapitan sarğısı ilə Adrian Skarlatake çıxaracaq. Rumıniyalı müdafiəçi əsas kapitan Rahid Əmirquliyevin yoxluğunda bu funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Əmirquliyev cəzalı olduğundan bu qarşılaşmanı buraxacaq. Skarlatake isə komandanın bundan əvvəl Almaniyanın “İnqolştadt” klubu ilə yoxlama oyununda da meydana kapitan kimi çıxmışdı.