Mario Qötse sabiq hücumçunun formasını geyinəcək
02.07.2013 - 19:03
Dortmund “Borussiya”sından “Bavariya”ya keçən Mario Qötse bu gün ictimaiyyətə təqdim edilib. Apasport.az saytının məlumatına görə, tədbir çərçivəsində Münhen klubunun idarə heyətinin üzvü Mattias Zammer 21 yaşlı yarımmüdafiəçiyə 19 nömrəli formanı təqdim edib.
Bu nömrənin altında “Bavariya”nın sabiq hücumçu Karsten Yanker oynayıb. Veteran futbolçu 1996-2002-ci illər arasında münhenlilərin şərəfini qoruyub.
Qeyd edək ki, Qötse ötən mövsüm Bundesliqada 28 oyunda forma geyinib və 10 qola imza atıb.

0
0