Hafiz Məmmədov: Hissiyatım belədir ki, onunla uğurlu nəticə qazanacağıq
02.07.2013 - 19:22
Hafiz Məmmədov: Hissiyatım belədir ki, onunla uğurlu nəticə qazanacağıq
“Yeni baş məşqçimiz artıq bir neçə gündür iş başındadır. Onlar Avstriyaya təlim-məşq toplanışında yollanmaq üzrədir. Milinkko Pantiç haqda çox şey demək istəmirəm. Çünki onun karyerası, həyatı hamıya məlumdur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın prezidenti Hafiz Məmmədov bu gün keçirilən mətbuat konfransında deyib. O, serbiyalı çalışdırıcıları Milinko Pantişin təqdimat mərasimində klubda köklü dəyişiklərin vaxtı çatdığını bildirib: “Atletiko”nun ilə uğurlu əlaqələr sayəsində buna nail oluruq. Madrid təmsilçisindən məşqçi ilə bağlı yardım etməyi xahiş etmişdik. Fəxr edirik ki, Pantiç bizə təklif olundu. Bizə bir neçə məşhur məşqçi təklif olunmuşdu. Pantiçin yanımızda olmağı bizi sevindirir. Pantişin 1 həftədir fəaliyyətinə diqqət yetirdim. Onun məşq prinsipləri, insanlığı çox yüksəkdir. O, bütün futbolçuları dost kimidir. Pantiçin məşqləri qeyri-adidir. İnnaıram ki, onun “Bakı”ya qazandığı uğurlara şahid olacağıq. Mənim hissiyatım belədir ki, biz Pantişlə uğurlu nəticə qazanacağıq”.

Məmmədov Pantiçlə əməkdaşlıqla bağlı müqavilə imzalayıb: “Mən klubun tarixində ilk dəfədir baş məşqçinin təqdimatında iştirak edirəm. Bu da səmimi insan olan Pantişə etimadımın nəticəsidir. İstədim ki, ona dəstək olum. Mən vəd edirəm ki, mövsümün sonunda işimizin nəticəsini görəcəyik”.

Prezident yeni çalışdırıcıya futbolçu karyerası dövründə geydiyi 10 nömrəli formanı verib: “Pantiçin dövründə bir çox yeniliklər olacaq. Ondan biri də futbolçulara hansı nömrəli formanı geyəcəyini də baş məşqçinin müəyyənləşdirəcəyidir”.

Pantiç bu nömrənin özü üçün böyük önəm kəsb etdiyindən, ona geyəcək futbolçunun böyük məsuliyyətin daşıyacağını bildirib.