Milinko Pantiç: Mən “Bakı”nın prezidentinə söz verirəm ki...
02.07.2013 - 19:31
Milinko Pantiç: Mən “Bakı”nın prezidentinə söz verirəm ki...
“Burda olmaq mənim üçün böyük şərəf və məsuliyətdir. “Bakı”nın böyük klub olmağı yönündə əlimdən gələni edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın yeni baş Milinko Pantiç bu gün keçirilən təqdimat mərasimində deyib. O, bura gəlməmişdən öncə çoxlu təkliflər aldığını deyib: “Sevinirəm ki, “Bakı”nın prezidenti məni seçdi. İnanıram ki, mövsümün sonunda işimizin bəhrəsini görəcəyik. Mən qarşıya məqsəd qoyuram və buna çatan insanam. Lazım gəlsə, 24, 48 saat çalışacağam ki, məqsədimə çatam. Həyatda rəqabət aparmağı çox xoşlayıram. Mən hamının qarşısında söz verirəm ki, nəticə qazanmaq üçün sona kimi mübarizə aparacağam”.

Panyişlə nəticə qazanmaq üçün gətirdiyi məşqçi heyətinin yox, futbolçularının kömək olacağını bildirib: “Bura gələndən Bakını elə də gözməmişəm. Ancaq görürrəm ki, buna vaxtım da olmayacaq. Mən Hafiz Məmmədov kimi “Atletiko”nn prezidenti Migel Anhel Marinə də minnətdarlıq edirəm. İnanıram ki, mənə ona olan etimadın qarşılığını verəcəyəm. Öz fəaliyyətimlə bu 2 klub aparan əməkdaşlıq daha da yaxşılasın. Media nümayəndələrinin da dəstək gözləyirəm. Nə vaxt lazımdır, suallarını cavablandırmağa hazıram. Əgər tənqid olunası adam varsa, futbolçuları yox, məni tənqid edin. Mən futbolçular üçün canımı da verməyə hazıram. Oyunçularıma dəyməyin, tənqidi mənə edin”.

47 yaşlı serbiyalı mütəxəssis “Bakı”nın çox oyunlarını izlədiyini bildirib: “Məşqlərin futbolçular ağır yükləmələrdən gileylənsələr də, artıq buna öyrəşiblər. Oyunçuların məşq proqarmı olmadan məşq etməyi mənim günahım deyil. Futbolçular tətildə də məşq etməlidir. Mən 1-2 nəfərin şikayətinə görə məşq prosesimi dəyişən deyiləm. Uğur qazanmaq üçün çox işləmək lazımdır. Mövsümün sonunda nəticəni görəndə, bu yorğunluqların hamısı unudalacaq. Mənə görə hər futbolçum dünyada ən yaxşıdır və komandam “Real”dan güclüdür. Bizə lazım olan bir neçə futbolçunun gəlişi ilə hər şey yaxşılacaq”.

Pantiç futbolçuların düşüncə tərzini dəyişmək lazım olduğunu bildirib:“Hətta bızi futbolçular ağır məşqlərə dözməyərək, qaytarırdılar. Ancaq indi alışıblar. Onu deyim ki, mənim futbolçu olduğum dövrdə məşqlərim bundan 10 dəfə artıq idi. Mən keşmiçə qayıtmağı sevmirəm, ancaq çatışmazlıqlar olub“.