Hafiz Məmmədov: “Lans”la bağlı işlər 90-95 faiz görülüb
02.07.2013 - 19:53
Hafiz Məmmədov: “Lans”la bağlı işlər 90-95 faiz görülüb
“Bakı”nın prezidenti Hafiz Məmmədov “Lans”ın əməkdaşlıq məsələlərinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, o, nizam-intizamla bağlı çıxarılan qərarla III liqaya göndərilən Fransa çempionunun səhnlərinin müəyyən hissəsinin Azərbaycana aid olacağını bildirib.

Məmmədov mətbuatın bu əməkdaşlığa böyük maraq göstərməsindən məmnun olduğunu bildirib: “Mən bir şox şeyləri mətbuatdan oxuyuram. Tənqid olsun, ancaq təhqir yox. Fransa klubunun məsələsi haqda bir neçə gün də gözləməyinizi xahiş edirəm. Mən tənqidə hazıram. Şükür Allaha ki, hamıdan çox mən tənqid olunuram. Klubun başında həmişə mən durmuşam. “Lans”la bağlı işlər 90-95 faiz görülüb. İyulun 5-də görüş olacaq. “Lans”la bağlı investisiya layihəsi onda yekunlaşacaq. Bu komandanın hansı liqada çıxış edəcəyi əsas deyil. Əsas siyasətdir və ölkə başçımız İlham Əliyevin siyasətini davam etdiririk. Bizim üçün “Lans”la əməkdaşlıq sevindiricidir. O, yüksək liqaya qayıtmaqla öz sözünü deyəcək”.

Məmmədov gələn həftənin əvvəlində məsələyə tam aydınlıq gələcəyini bildirib: “Erməni lobbisi “Lans” əməkdaşlığımızdan narazı idi, hətta çirkin işlər görüldü. Ancaq Azərbaycan diasporunun dəstəyi sayəsində işlərimiz görüldü. “Lans”ın müəyyən hissəsi Azərbaycan aid olacaq”