Pantiçin köməkçiləri arasında azərbaycanlı olacaqmı?
02.07.2013 - 20:01
“Bakı”nın yeni baş məşqçisi Milinko Pantiç məşqçilər korpusunda azərbaycanlının olmamağına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis gələcəkdə yerli məşqçi ilə çalışmaq istədiyini bildirib.
O, bura düşmən qazanmaq üçün gəldiyini düşünməməyi tövsiyə edib: “Mən bura gəzməyə yox, işləməyə gəlmişəm. Azərbaycanlılardan kimisə kənarlaşdırmaq niyyətim olmayıb. Sadəcə, işin əvəvlində öz komandamla çalışmaq istədim. Mən bura nəyisə dağıtmağa yox, iş görməyə gəlmişəm. Mənim məşqlərim hamının üzünə açıqdır. Gəlib, buna qiymət verə bilərsiniz. Mən məşqçiliyə başlayanda, Xosep Qvardiola III liqada çalışırdı. Ancaq sonradan bu qədər böyük uğurlara imza atdı”.
Pantiç serbiyalı olsa da, ispanca mükəmməl danışır. O, azərbaycan dilini 2 il yox, daha tez öyrənəcəyini deyib.

0
0