“AFFA-da, klublarda olan inkişaf heç vaxt olmayıb”
02.07.2013 - 20:15
“AFFA-da, klublarda olan inkişaf heç vaxt olmayıb”
“Baş məşqçilərimiz arasında tanınmışlar çox olub. Xaricdən qayıtdığımız zamanl Milinko Pantiç mənə dedi ki, həm çempionluğu, həm də kuboku qazanmaq fikrindəyəm. Biz də Böyükağa Hacıyevin nəticələrini təkrarlamaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın prezidenti Hafiz Məmmədov deyib.

O, 2006-cı ildə komandasını ilk dəfə çempion edən, ötən mövsüm isə “Neftçi” ilə “qızıl dubl”a imza atan baş məşqçi Böyükağa Hacıyevin uğurlu işinə qiymət verib: “Böyükağa müəllim bizim dostumuzdur. O, ilk dəfə avrokuboklarda qrupa düşməklə tarixi nəticəyə imza atdı, bu, inkar olunmazdır. Avrokuboklarda iştirakçılarımız qrupa düşməyə iddialıdı və hamısına uğurlar arzulayıram. Hazırda AFFA-da, klublarda olan inkişaf heç vaxt olmayıb. Mən bundan razıyam. Elə klub var ki, zəif inkişaf edir. Ancaq maşallah, “Qəbələ” necə inkişaf edir”.