Mübariz Mənsimov: Qələbəni Maltada olmasa da, ümumi nəticədə qazanacağıq
02.07.2013 - 21:55
Mübariz Mənsimov: Qələbəni Maltada olmasa da, ümumi nəticədə qazanacağıq
“Maltadakı oyunda “Xəzər Lənkəran”dan qələbə gözləyirdim. Amma alınmadı”. Bu sözləri apasport.az saytına müsahibəsində “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov deyib.

Cənub təmsilçisinin yarıcısı Avropa Liqasının I təsnifat mərhələsinin “Slima” ilə ilk oyunundan sonra matç haqda fikirlərini açıqlayıb: “Komandamız hesabı açmağı bacardı. Lakin sonradan meydan sahibləri bərabərlik qolunu vurmağa müvəffəq oldu. Qələbəni Maltada olmasa da, ümumi nəticədə qazanacağıq. Mən baş məşqçimiz Con Toşaka inanıram”.

Mübariz Mənsimovun müsahibəsi yaxın saatlarda apasport.az saytında yerləşdiriləcək.