Elnur Allahverdiyev: Görünür, hamısı mənim bəxtimdəndir
02.07.2013 - 22:22
“Hesabın belə olacağını gözləmirdim. Amma matçın çətin olacağını bilirdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev deyib.
Komandasının ən təcrübəlilərindən olan müdafiəçi Avropa Liqasının I təsnifat mərhələsinin “Slima” ilə ilk oyunundan sonra matç (1:1) haqda fikirlərini açıqlayıb. Matçın 83-cü dəqiqəsində meydandan qovulan futbolçu hakimin fərqli qərar verə biləcəyini düşünür: “İlk qoldan sonra ola bilsin bizdə arxayınçılıq yarandı. Bu amil də rəqibin işinə yaradı. Əgər ikinci qolu vursaydıq, “Slima” belə riskli oynamazdı. Meydandan qovulmağıma gəlincə, hakim ikinci sarı vərəqəni verməyə bilərdi. Görünür, hamısı mənim bəxtimdəndir”.

0
0