“Xəzər Lənkəran”ın ən çox imza atdığı nəticə
02.07.2013 - 23:00
“Xəzər Lənkəran”ın ən çox imza atdığı nəticə
“Xəzər Lənkəran” avrokuboklarda yubiley oyununda ona ən çox tanış nəticəyə imza atıb. Apasport.az saytının məlumatına görə, cənublular 2004-cü ildən çıxış etdikləri qitə miqyaslı turnirdə 4-cü dəfə 1:1 hesablı bərabərliyə qalıb. Bu, az öncə Maltada “Slima” ilə yekunlaşan Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda qeydə alınıb.

Əslində, lənkəranlılar Zaqreb “Dinamo”su ilə səfər oyununda da bu nəticəyə imza atsa da, hər 2 matçda eyni hesab olduğundan, qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac yarandı. Onda 2 qol vuran rəqib 3:1 hesablı qələbə qazandı.

Ümumiyyətlə, “Xəzər Lənkəran” Avropada 3 dəfə 1:3, 2 dəfə 0:1, 1 dəfə 1:4 və 1:2 hesabı ilə uduzub. Komanda 2 dəfə qolsuz, 1 dəfə 2:2 hesablı bərabərlik edib. Onun hələ yeganə qələbəsi 2:0 hesabı ilə olub.


“Xəzər Lənkəran”ın avrokuboklarda 1:1 hesablı bərabərliyə qaldığı oyunlar

2007/08
17.07.2007
ÇL I təsnifat
DİNAMO (Xorvatiya)
e
2010/11
08.07.2010
AL I təsnifat
OLİMPİYA (Moldova)
e
2012/13
19.07.2012
AL II təsnifat
LEX (Polşa)
e
2013/14
02.07.2012
AL I təsnifat
SLİMA (Malta)
s

ÇL – Çempionlar Liqası, UK – UEFA kuboku, AL – Avropa Liqası, e – evdə, s- səfərdə