Allahverdiyev Əmirquliyevin aqibəti ilə üzləşəcək
02.07.2013 - 23:03
“Xəzər Lənkəran” Avropa Liqasında “Slima” ilə cavab oyununa da itki ilə çıxmalı olacaq. Apasport.az saytının məlumatına görə, lənkəranlıların Maltadakı 1:1 hesabı ilə nəticələnən matçında kapitanı Rahid Əmirquliyev cəzalı idisə, bu dəfə vitse-kapitanı, digər milli üzvü Elnur Allahverdiyev kənarda qalacaq. Buna səbəb müdafiəçinin qırmızı vərəqə alaraq diskvalifikasiya olunmağıdır.
Ancaq Elnur də Rahid kimi 2 sarı vərəqəyə görə meydandan çıxarıldığından, UEFA-nın Nizam-İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalandırılacaq. Yəni yalnız iyulun 11-də Lənkərandakı
cavab matçını buraxacaq Allahverdiyev II təsnifat mərhələsinə çıxacaqları halad, Hayfa “Makkabi” ilə 1 həftə sonra keçirəcəkləri ev matçında komandasına kömək edəcək.
Qeyd edək ki, cənubluların əsas yarımmüdafiəçilərindən olan Əmirquliyev Avropa Liqasının ötən mövsümündə II təsnifat mərhələsində “Lex”ə Polşafa 0:1 hesabı ilə uduzduqları matçda qırmızı vərəqə almışdı. Onun cəzası artıq bitdiyindən, maltalılarla cavab matçında meydanda olacaq.

0
0