Avropa Liqası: “Linfild” növbəti mərhələyə keçdi - YENİLƏNİB
11.07.2013 - 00:44
Avropa Liqası: “Linfild” növbəti mərhələyə keçdi - YENİLƏNİB
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarında növbəti görüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində təmsilçilərimiz - “Qarabağ”, İnter” və “Xəzər Lənkəran”ın da mübarizə apardığı yarışda, bu gün azarkeşlər yalnız bir matça şahidlik edib.

Bu, “Linfild” “Fulafyordur” komandaları arasında baş tutub. Qarşılaşmada oyunun fovariti Şimali İrlandiya klubu görünürdü. Çünki onlar səfərdə Farer adaları təmsilçisini 2 cavabsız topla məğlub etməyi bacarmışdı. Elə bu matçda da meydan sahibləri yenə qələbəyə seviniblər.

Beləliklə, “Fulafyordur”u 3:0 hesabı ilə üstələyən “Linfild” növbəti mərhələyə keçib.

Qeyd edək ki, təmsilçilərimiz - “Qarabağ”, İnter” və “Xəzər Lənkəran”ın oyunu bu gün keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi (cavab oyunları)
10 iyul

“Linfild” (Şimali İrlandiya) - “Fulafyordur” (Farer adaları) - 3:0
Qollar: Qault, 40, Mulqru, 55, Lovri, 60
(İlk oyun - 2:0)