“Qəbələ” türk klubunu darmadağın etdi - YENİLƏNİB
10.07.2013 - 20:45
“Qəbələ” türk klubunu darmadağın etdi - YENİLƏNİB
“Qəbələ”nin bu gün keçirəcəyi yoxlama oyununda rəqib dəyişib. Bu barədə apasport.az saytına klubun baş meneceri Zaur Əzizov məlumat verib.

O bildirib ki, “Mersin İdman Yurdu” ilə qarşılaşma baş tutmayacaq. Buna səbəb Türkiyə klubunun hazırlıqlara gec başlaması, üstəlik yarımçıq heyətlə məşq etməsi olub. Belədə tərəflər razılaşdırılan oyunu keçirməmək qərara alıb.

Əvəzində isə “Qəbələ” bu gün həvəskarlar liqasında yarışan “İspartaspor”la gücünü sınayıb. Matçda Yuri Syominin yetirmələri türk klubuna 7 cavabsız top vurub.

Qeyd edək ki, “Qəbələ” buna qədər Zaporojye “Metallurq”u (1:1) və “Trabzonspor”la (0:2) gücünü sınayıb. İyulun 13-də isə rəqib “Antalyaspor” olacaq.

Yoxlama oyunu
“İspartaspor” (Türkiyə) - “Qəbələ” (AZƏRBAYCAN) - 0:7
QOL: Kamanan, 7; 17, Kelhar, 29; 60, Qurbanov, 47; 70, Assis, 59