Millimiz yarımfinalda! - YENİLƏNİB
10.07.2013 - 22:39
Millimiz yarımfinalda! -  YENİLƏNİB
Ölkəmizdə keçirilən hərbçilər arasında I dünya kuboku davam edir. Apasport.az saytının məlumatına görə, bu gün turnirin 1/4 final mərhələsinə start verilib.

Milli komandamız B qrupunun ikincisi olan Bəhreyn yığması ilə qarşılaşıb. Baş məşqçi Nazim Süleymanovun yetirmələri Ərəbistan yarımadasının təmsilçisi üzərində çətin qələbə qazanaraq, adını yarımfinala yazdırıb. Görüş 3:2 hesabı ilə başa çatıb. Komandamızın heyətində Elnur Abdulov (26), Ruslan Qurbanov (90+3) və Rəhman Hacıyev (106) fərqlənib.

Yarımfinalda isə millimizin rəqibi 1/4 finalda Qətəri 3:0 hesabı ilə məğlub edən Oman yığması olacaq. Bu qarşılaşma iyulun 12-də, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək.

Qeyd edək ki, A qrupunda yarışan millimiz Malini 4:0, Kanadanı 2:0 və İraqı 3:0 hesabı ilə məğlub edib. 9 top vurub qapısından top buraxmayan Nazim Süleymanovun yetirmələri qrupu lider kimi tamamlayıb.

Hərbçilər arasında dünya kuboku
1/4 final

AZƏRBAYCAN – Bəhreyn - 3:2
QOLLAR: Elnur Abdulov, 26, Ruslan Qurbanov, 90+3, Rəhman Hacıyev 106
Bakı. “Dalğa Arena”