Rahid Əmirquliyev: Darıxmışam – MÜSAHİBƏ
10.07.2013 - 23:01
“Xəzər Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi
- Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün qarşılaşacağınız Maltanın “Slima” ilə cavab matçına nə dərəcədə hazırsınız?
- Maltadakı qarşılaşmada bizim üçün çətin oldu. Meydançanın vəziyyəti pis idi. Çoxdandır doğma azarkeşlər qarşısında oynamırıq. Yaxşı hazırlaşmışıq, qələbə qazanmalıyıq. Mərhələ adlayıb, azarkeşlərimizi sevindirməliyik.
- 1:1 hesabı ilə nəticələnən səfər matçını cəza üzündən buraxdınız. Yəqin ki, yaşıl meydana qayıdışınız üçün darıxmısınız...
- Həmin matçda da meydana çıxmaq, komandaya kömək etmək istəyirdim. Düzdür, oynamaq üçün darıxmışam. Artıq cəza limitim bitdi. İnşallah, bu gün oynayaram.
- Kapitan üçün kənardan komanda necə görünürdü? Meydanda yeriniz çoxmu görünürdü?
- Deməzdim ki, komanda pis oynadı. Bizdə yaxşı futbolçular var. Sadəcə, şərait pis idi, süni örtüklü meydançada oynayırdıq. Hava da çox isti idi. Belə baxanda, yerimin göründüyünü deməzdim. Bunu baş məşqçi yaxşı bilər.
- Siz qayıtsanız da, yenə cəzalı futbolçunuz var. Müdafiəçi Elnur Allahverdiyevin yoxluğu oyuna nə dərəcədə təsir göstərəcək?
- Elnur Azərbaycanın ən güclü müdafiəçilərindən biridir. Oynasaydı bizim üçün lap yaxşı olardı. Ancaq bizdə Elnuru əvəzləməyə layiq futbolçuları da var. Biz mərhələ keçmək istəyirik. Əsas odur ki, Allahverdiyev növbəti mərhələdə “Makkabi” ilə oyunda olacaq.
- Yeri gəlmişkən, “Slima”nı artıq keçib, bu rəqiblə sınağı düşünürsünüz?
- Biz ilk növbədə hələ maltalılarla cavab oyununu fikirləşirik. Bu, futboldur, hər şey ola bilər. Hamı deyirdi ki, “Xəzər Lənkəran” Maltada qələbə qazanacaq. Ancaq belə olmadı. Biz özümüzə inanırıq ki, azarkeşlərimizin qarşısında qalib gələcəyik.
- Hesab etmirsiniz ki, azarkeş amili sizin üçün çox böyük üstünlük olacaq? Çünki belə dolu tribunalar qarşısında oynamayan Malta klubu əlavə təzyiq altında qalacaq...
- Azarkeşlərin həmişə bizə köməyi olub. İstər daxili, istərsə də beynəlxalq oyunlarda.
- Lənkəranda nə qədər beynəlxalq oyun keçirsəniz də, hələ qələbə qazanmamasınız. Matçların hamısının heç-heçə nəticələnməyi təsadüfdür, yoxsa?
- Təsadüf deməzdim. Vallah, nə bilim... Ancaq çalışacağıq ki, bu oyunda uğursuzluğa son qoyaq.
- Siz həlledici qollara imza atan futbolçulardansınız. “Bakı” ilə ölkə kubokunun yarımfinalında məhz sizin qolunuz finala və Avropa Liqasına vəsiqə qazandırdı. Bu dəfə özünüzdən, yoxsa hansı futbolçudan, Maltada fərqlənən yeni transfer Junior Nildodan daha çox qol gözləyirsiniz?
- Belə baxanda, kimin qol vurmağının fərqi yoxdur. İstənilən futbolçu qol vurmaq istəyir. Ancaq Nildoya ümidimiz çoxdur.
- Mövsüm bitəndən sonra heyətində dəyişiklik edən komandanız Avropa Liqasında nəyə ümid edə bilər?
- Fikrimcə, yaxşı futbolçular transfer eləmişik. Komanda güclənib, rəqabət artıb. Düşünürəm ki, 2-3 futbolçu da gələcək. Hazırda məqsədimiz tək “Slima”nı keçmək deyil. Yəni, qrup mərhələsinədək oynamaq istəyirik.
Mehman SÜLEYMANOV

0
0