Leonardo PSJ-dən uzaqlaşdırılır
10.07.2013 - 21:57
PSJ-nin idman direktoru Leonardo tutduğu vəzifəni tərk edir. Apasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssis yay transfer pəncərəsi başa çatandan sonra Paris təmsilçisindən uzaqlaşacaq.
Lakin “Milan” və “İnter”in sabiq baş məşqçisinin Fransa klubundan gedişinin səbəbləri bilinmir.
Qeyd edək ki, Leonardo Fransa çempionatının XXXV turu çərçivəsində “Valansyen”lə matçdan sonra görüşün baş hakimi Aleksandr Kastronun sinəsini çiyinlə itələmişdir. Daha sonra ölkə futbol federasiyasının Nəzarət-İntizam Komitəsi braziliyalı çalışdırıcını 9 ay müddətinə cəzalandırıb. Həmçinin Fransa çempionu olan Paris klubu da cəzaya məruz qalıb. Belə ki, baş məşqçi Loran Blanın komandası növbəti mövsüm ölkə birinciliyinə mənfi 3 xalla başlayacaq.

0
0