Ruslan Abışov 45 dəqiqə oynadı
10.07.2013 - 23:02
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun formasını geydiyi “Rubin” Avstriyada ikinci təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi bu gün Ukraynanın “Metallist” klubu ilə üz-üzə gəlib.
Daha əvvəl Sloveniya “Triqlav”ına (2:0) qalib gəlib, Rumıniya “Çahleul”una (1:2) uduzan tatarıstanlılar yenə meydanı məğlub tərk edib -0:1. Ötən oyunda baş məşqçi Qurban Berdıyevin şans vermədiyi Abışov 46-cı dəqiqədə Sergey Kislyakın əvəzinə meydana daxil olub.
Qeyd edək ki, “Rubin” Rusiya Premyer Liqasını 6-cı, “Metallist” isə Ukrayna çempionatını 2-ci pillədə başa vurub.

0
0