Nazim Süleymanov: Futbolda belə hadisələr olur
10.07.2013 - 23:24
“Futbolda belə hadisələr olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri hərbçilər üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nazim Süleymanov deyib.
Təcrübəli çalışdırıcı hərbçilər arasında keçirilən I dünya kubokunun 1/4 final mərhələsində Bəhreyn yığması üzərində qazanılan çətin qələbəni şərh edib: “Hesabda irəli olduğun halda geri də düşə bilərsən. Əsas odur ki, hesabda geri düşəndə özündə güc tapıb irəli çıxmağı bacarasan. İki gün əvvəl İraqla oynamışdıq. Uşaqlarda yorğunluq var idi. Amma əzmkarlıq göstərib qələbə qazandıq”.
Qeyd edək ki, millimiz Ərəbistan yarımadasının təmsilçisinə 3:2 hesabı ilə qalib.
Mənbə: affa.az

0
0