Yığmamızın potensial rəqibləri müəyyənləşdi
11.07.2013 - 00:01
Ölkəmizdə keçirilən hərbçilər arasında I dünya kuboku davam edir. Apasport.az saytının məlumatına görə, artıq turnirin 1/4 final mərhələsinə yekun vurulub.
Millimizin Bəhreyn yığmasını 3:2 hesabı ilə məğlub edib, yarımfinala keçdiyi gün daha 3 qarşılaşma baş tutub. Belə ki, Finala gedən yolda baş məşqçisi Nazim Süleymanovun yetirmələri ilə qarşılaşacaq olan Oman Qətəri 3 cavabsız topla üstələyib.
Digər görüşdə isə İraq Əlcəzairə, Fil Dişi Sahili isə Kameruna eyni hesabla qalib gəlib – 2:1.
Beləliklə, komandamız yarımfinalda Omanı məğlub edəcəyi təqdirdə, finalda İraq - Fil Dişi Sahili cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan - Oman matçı iyulun 12-də, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək.

0
0