“Xəzər Lənkəran” ikinci mərhələdə!
11.07.2013 - 20:50
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirinin son matç günündə təmsilçimiz “Xəzər Lənkəran” da meydana çıxıb.
Cənub klubu ilk oyunda səfərdə heç-heçəyə (1:1) razılaşdığı Malta “Slima”sı ilə qarşılaşıb. Bu görüşdə baş məşqçi Con Toşakın komandası rəqibi ilə ya qolsuz bərbərlik etməli, ya da mütləq qalib gəlməli idi.
Elə “Xəzər Lənkəran” istəyinə nail olmağı bacarıb. Qarşılaşmanın 29-cu dəqiqəsində komandanın kapitanı Rahid Əmirquliyevin vurduğu tək qol cənubluları növbəti mərhələyə çıxarıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” Avropa Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.
Avropa Liqası
I təsnifat mərhələsi (cavab oyunu)
11 iyul
“Xəzər Lənkəran” (AZƏRBAYCAN) - “Slima” (MALTA) - 1:0
QOL: Rahid Əmirquliyev, 29
Hakimlər: Vim Smet, Dirk Giyon, Riyen Vanizere, Sem Loeman (hamısı Belçika)
UEFA nümayəndəsi: Patrik Uaattebled (Fransa)
Hakim-inspektor: Zbignev Prjesmiçki (Polşa)
Lənkəran. Mərkəzi şəhər stadionu
(İlk oyun – 1:1)
Xəzər Lənkəran: 30. Toni Doblas, 27. Adrian Skarlatake, 6. Rasim Ramaldanov, 21. Radomir Todorov, 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev (k), 99. Marin Orsuliç, 23. Nikola Qliqorov, 7. Sadio Tounkara, 11. Zohair Benouahi, 12. Junior Nildo
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 9. Uğur Pamuk, 10. Elnur Abdullayev, 16. Adrian Pit, 55. Ağabala Ramazanov
Baş məşqçi: Con Toşak
Slima: 12. Qlenn Zammit, 28. Cüzeppe Muskat, 13. Baldaçino Klifford Qatt, 33. Stefano Byançard, 2. Aleks Muskat (k), 24. Paltemio Barbetti, 25. Matias Muçardi, 8. Mark Sçerri, 10. Stenli Oxavuçi Nka, 7. Con Mintoff, 11. Ariel Laudisi
Ehtiyat oyunçular: 1. Qenri Bonello, 3. Luka Martinelli, 27. Migelğ Kyantar, 16. Trevor Silia. 14. İvan Vuds
Baş məşqçi: Alfonso Qreko
Oyun başlayır. Topa ilk zərbəni qonaqlar vuracaq.
Eder pressinq zamanı qaydanı pozur.
İlk künc zərbəsini “Slima” vuracaq.
Benaouahinin cərimə zərbəsindən qapı qarşısına havalandırdığı topa Skarlatake dəqiq zərbə vura bilmədi.
Nildo hesabı açmağa yaxın idi. Amma braziliyalının zərbəsi qapıdan azacıq aralı keçdi.
Ederin qapı qapşısına ötürməsi təhlükəli alındı.
Qapıçı Bonfimin qapı qarşısına ötürməsindən sonra Nildonun baş zərbəsini çətinlik çəkmədən tutur.
Sadionun zərbəsi qapıdan xeyli aralı keçir.
Nildodan möhtəşəm hərəkət, möhtəşəm zərbə! Braziliyalı cərimə meydançası qarşısında sinəsi ilə topu ram edib qapıya aşırma zərbə vurdu. Amma qapıçı topu çətinliklə kornerə çıxardı.
Oyunda ilk sarı vərəqə. Barbetti simulyasiyaya görə cəzalandırılır.
Daha bir sarı vərəqə. Sadio 2 futbolçunu keçsə də, Klifford Qatt onun qarşısını kobudluqla alır. “Xəzər” təhlükəli nöqtədən cərimə zərbəsi vurur.
Bu dəqiqələrədək oyunun ən yaxşılarından olan Tounkara xeyli irəliləyib cərimə meydanında Rahidə əla ötürmə verdi. Amma kapitan topu ram edə bilmədi.
Bu da ilk qol. Rahid Əmirquliyev Marin Orsuliçin ötürməsindən sonra başla qarşıalınmaz zərbə vurur - 1:0.
Marin qaydanı pozur.
Doblas Barbettinin qüvvətli zərbəsini yumruqları ilə qapı qarşısından uzaqlaşdırır.
Sadio 2 futbolçunun keçib, əla mövqedə olan Benouahiyə ötürmə verir. Amma mərakeşli legionerin qapıya zərbəsi qeyri-dəqiq alındı.
Rasimə qarşı kobudluq edilir. “Xəzər”in yeni transferi tibbi personalın müdaxiləsində sonra oyunu davam etdirir.
Hakim ilk yarıya 2 dəqiqə əlavə edir.
FASİLƏ
İkinci hissə başladı.
Eder meydanın mərkəzində Laudisiyə qarşı kobud oynayır.
Muskatın zərbəsi qapıdan aralı keçdi.
Sadio Rahidin ötürməsini saxlamadan qapıya vurur. Zərbə dəqiq alınmadı.
Əmirquliyev zərbısini qapıçı çətinlik çəkmədən tutur. Ardınca rəqibə qarşı kobudluq edən Rahid qarşısında sarı vərəqə görür.
Toşak ilk əvəzetməyə əl atır. Qliqorovun yerinə meydana Adrian Pit çıxır.
Künc zərbəsindən sonra hesab dəyişə bilərdi. Amma Sadio qapıçı meydançası daxilində topa dəqiq zərbə vura bilmədi. Ardından Benouahinin zərbəsi qapıdan aralı keçdi.
Laudisi İvan Vudsla əvəzlənir.
“Slima” bərabərlik qolunu vurmağa yaxın olur. Künc zərbəsindən sonra Muskatın yaxın məsafədən zərbəsini Doblas kornerə çıxarır.
Malta təmsilçisi azlıqda qalır. Pitə qarşı açıq ayaqla oynayan Baldaçino önündə qırmızı vərəqə görür.
Orsuliç də kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılır.
Orçuliçi əvəzinə meydana Elnur Abdullayev çıxır.
Cüzeppe Muskat Trevor Silia ilə əvəzlənir.
5 dəqiqə əvvəl meydana çıxan Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılır.
Nildo Sadionun ötürməsini qapıya vursa da, qolkiper səhvsiz oynadı.
Toşak daha bir dəyişiklik edir. Alvaro Silva Benouahini əvəzləyir.
Sçerri Rahidi kobudluqla dayandırır.
Hakim matçın əsas vaxtına 4 dəqiqə artırır.
Todorov sağ cinahdan irəliləyib qapıya güclü zərbə endirsə də, qolkiper topu yumruqları ilə meydandan çıxarır.
Oyun başa çatdı. “Xəzər Lənkəran” ardıcıl ikinci il ikinci təsnifat mərhələsinə yüksəlir. Bu dəfə cənub təmsilçisi İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.

0
0