“Qarabağ”ın potensial rəqibi bu dəfə heç-heçəyə sevindi
11.07.2013 - 01:04
“Qarabağ”ın potensial rəqibi bu dəfə heç-heçəyə sevindi
“Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibi olan Polşa “Pyast”ı Macarıstanda təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Qlevitse təmsilçisi bu ölkədə növbəti yoxlama oyunu keçirib.

“Pyast” yerli “Ferentsvaroş” klubu ilə üz-üzə gəlib. Daha əvvəl Rusiya Premyer Liqa təmsilçisi “Amkar”a 2:3 hesabı ilə yenilən polşalılar bu dəfə rəqibi ilə heç-heçə edib – 1:1.

Görüşdə “Pyast”ın tək qolunu oyunun 70-ci dəqiqəsində Klepçinski vurub.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının I təsnifat mərhələsində Makedoniya “Metallurq”unu keçəcəyi təqdirdə, Polşa klubu ilə qarşılaşacaq. İlk oyunda skopyelilərlə 1:1 hesablı bərabərə qalan Ağdam təmsilçisi bu gün cavab matçına çıxacaq.