“Qarabağ” - hər 2 oyunda 1:0 hesablı qələbə - YENİLƏNİB
11.07.2013 - 21:52
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirinin son matç günündə təmsilçimiz “Qarabağ” doğma publika önündə Makedoniya “Metallurq”u ilə münasibətlərinə aydınlıq gətirib.
İlk görüşdə səfərdə Skopye klubunu minimal hesabla üstələyən baş məşqçi Qurban Qurbanovun yetirmələri 3 il öncə elə bu turnirdə məğlub etdiyi rəqibinə yenə eyni aqibəti yaşadıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qarşılaşma 1:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. Oyunda vurulan yeganə qolun müəllifi 84-cü dəqiqədə Leroy Corc olub.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının II təsnifat mərhələsində Polşa “Pyast”ı ilə qarşılaşacaq.
Avropa Liqası
I təsnifat mərhələsi (cavab oyunu)
11 iyul
"Qarabağ" (AZƏRBAYCAN) - "Metalurq" (Makedoniya) - 1:0
QOL: Leroy Corc, 84
Hakimlər: Radek Matejek, Jiri Molacek, İvo Nadvornik, Petr Ardeleanu (hamısı Çexiya)
UEFA nümayəndəsi: George Fantaros (Kipr)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
(İlk oyun – 1:0)
“Qarabağ”: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqoli, 7. Namiq Yusifov, 9. Reynaldo, 20. Riçard Almeyda, 11. Nikoloz Qelaşvili, 17. Vüqar Nadirov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 16. Leroy Corc, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 6. Hacı Əhmədov, 88. Ulriç Kapolonqo
Baş məşqçi: Qurban Qurbanov
“Metallurq”: 1. Andrey Yefremov, 7. Blaqoya Lyamçevski, 15. Risto Mitrevski, 23. Martin Šişkov, 28. Sedat Berişa, 2. Aleksandara Dalçeski, 8. Oliver Peev, 11. Vasko Mitrev, 20. Mile Krstev (k), 10. Marko Simanovski, 14. Mariyan Radeski
Ehtiyat oyunçular: 25. Aleksandar İqeski, 3. Boyan Georgiyevski, 19. Ninoslav Dodevski, 27. Lyubomir Stefanoviç, 17. Qoran Maznov, Svetan Çurlinov
Baş məşqçi: Srcan Zahariyevski
Oyuna qonaqlar başladı.
Mübarizə daha çox meydanın mərkəzində gedir.
7-ci dəqiqə. Reynaldo təhlükəli hücumu topu itirməklə boşa verir.
9-cu dəqiqə. Gelaşvilinin səhvi növbəti təhlükəli hücumun boşa getməyi ilə nəticələnir.
Ağdamlılar müdafiədə etibarlı oynayır.
Bu dəqiqələrdə hücumlar daha sol cinahdan qurularaq Reynaldodan istifadə olunsa da, bu, effekt vermir.
14-cü dəqiqə. Komandamız ilk real qol imkanını əldən verir. Nadirovun zərbəsini qapıçı qaytarsa da, onu təkrar vuran futbolçu olmur.
19-cu dəqiqiə. Rəqibib hücumu təhkükəli alınaraq top küncə çıxarılır. Künc zərbəsindən sonra başla vurulan top qapının üstündə keçir.
Oyun aşağı tempdə davam edir.
24-cü dəqiqə. Oyunda ilk sarı vərəqəni Radeski Almeydaya qarşı kobud oyuna görə alır.
Rəqibin əks-hücumları təhlükəli alınmağa başlayır.
25-ci dəqiqə. Almeydanın qapının yanından keçən zərbəsi yadda qalan olur.
34-cü dəqiqə. Riçardın künc zərbəsindən birbaşa qapıya göndərdiyi qapıçı qaytarır. Ardından Admirlə Vüqar real qol şanslarını qaçırır.
37-ci dəqiqə. Almeydanın qapıya göndərdiyi hava ötürməsi tirin üstündən keçir.
39-cu dəqiqə. Braziliyalı təhlükəli hücumdan sonra künc zərbəsi qazansa da, bundan istifadə olunmur.
42-ci dəqiqə. Rəqibin uzaqdan zərbəsi tirin üstündən keçir.
45-ci dəqiqə. Hakim ilk hissəyə 1 dəqiqə əlavə edir. Gelaşvinin zərbəsi dirəyin yanından keçir.
Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanır.
İkinci hissədə başladı. Topu ağdamlılar oyuna daxil edir. Şişkovu Maznov, Radeyskini Çurliniv əvəzkəyir. Hər 2 yeni futbolçu hücumçu olduğundan, rəqib ona lazım olu qolu vurmağa çalışacaq.
Futbolçular arasında xoşagəlməz olaylar yaşanır.
Ağdamlıların futbolçusu zədəli halda yerdə qaldığı vaxt topa sahib olmaq istəyən makedoniyalılarla Sadıqov arasında mübahisə düşdü. Hakim hər 2 kapitana sarı vərəqə göstərir.
Komandalar ehtiyatlı oyunu davam etdirir.
Rəqibin sol cinahdan hava ötürməsini Varvodiç irəli çıxaraq tutur.
65-ci dəqiqə. Nadirovun təhlükəli hücum zamanı sağ cinahdan ötürməsi dəqiq olmur.
67-ci dəqiqə. Rəqibdə sonuncu əvəzləmə. Simanovskini Georgiyevski əvəzləyir.
69-cu dəqiqə. Gelaşvili yüz faizli qol imkanını boşa verərək, topu qapının üstündən vurur.
70-ci dəqiqə. Rəqibin ardıcıl 2 həmləsindən sonra əvəlcə top tirin üstündən keçdi, ardından zrbəni Miro tutdu.
72-ci dəqiqə. Nikoloz bu dəfə qapıçı ilə təkbətəkdən sonra zərbəsi yandan keçir.
78-ci dəqiqə. Yusifovu Leroy Corc əvəzləyir.
84-cü dəqiqə. Corv sağ cinahdan ötürmədən sonra bir toxunuşla topu qapıdfan keçirir.
87-ci dəqiqə. Gelaşvilini Kapolonqo əvəzləyir.
İkinci hissəyə 3 dəqiqə əlavə olunur.
90+1-ci dəqiqə. Nadirovun yerinə Murad Səttarlı daxil oldu.

0
0