“İnter” “Mariehamn”a qalib gəlib, növbəti mərhələyə keçdi - YENİLƏNİB
11.07.2013 - 22:48
“İnter” “Mariehamn”a qalib gəlib, növbəti mərhələyə keçdi - YENİLƏNİB
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirinin son matç günündə təmsilçimiz “İnter” revanş görüşü keçirib.

Belə ki, “bankirlər” ilk matçda doğma meydanda qalib gələ bilmədikləri “Mariehamn”la (1:1) qarşılaşıb. Bu dəfə baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri rəqib meydanda 2 top vuraraq, adını növbəti mərhələyə yazdırıb.

“İnter”in qollarını 21-ci dəqiqədə penaltidən Baçana Sxadadze və 86-cı dəqiqədə Vaqif Cavadovvurub.

Qeyd edək ki, “İnter” Avropa Liqasının II təsnifat mərhələsində “Selye” (Sloveniya) - “Tromse” (Norveç) cütünün qalibi ilə üzləşəcək. Bu komandalar arasında reallaşan ilk oyunda isə Sloveniya klubu səfərdən qalib ayrılıb - 2:1.

Avropa Liqası
I təsnifat mərhələsi (cavab oyunu)
11 iyul

"Mariehamn" (Finlandiya) - "İnter" (AZƏRBAYCAN) - 0:2
QOLLAR: Baçana Sxadadze, 21-pen, Vaqif Cavadov, 86
Hakimlər: Mervin Smit, Ceyms Eakin, David Anderson, Ross Dunlop (hamısı Şimali İrlandiya)
UEFA nümayəndəsi: David Delferiere (Belçika)
Hakim-inspektor: Alain Hamer (Lüksemburq)
Mariehamn. “Viklöf Holdinq Arena”
(İlk oyun - 1:1)

“Mariehamn”: 30. Peter Enkelman, 4. Rocer Tompson, 8. Yani Lyuski (k), 15. Emil Andersson, 6. Pekka Laqerblom, 7. Rezqar Amani, 11. Tommi Virtanen, 16. Robin Estlid, 19. Alanso Adlam, 90. Patrik Biskata, 23. Kris Brayt
Ehtiyat oyunçular: 1. Otso Virtanen, 14. Matias Viklof, 3. Niko Kukka, 17. Petteri Yokihaara, 28. Semuel Nordberq
Baş məşqçi: Pekka Lüüski

“İnter”: 1. Giorgi Lomaya, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 20. Bryus Abdulay, 5. Slavço Georgiyevski, 8. Migel Alvaro, 21. Arif Daşdemirov, 47. Abdulla Abasiev, 9. Aleksandr İaşvili, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov (k)
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 14. İlqar Ələkbərov, 15. Matiya Şpiçiç, 87. 10. Daniel Genov, 91. Coşqun Diniyev, 6. Samir Zərgərov, 17. Fərid Mənsurov
Baş məşqçi: Kaxaber Sxadadze

Oyun başladı.
İlk hücum finlərdən gəldi.
Lakin Luuskinin zərbəsi dəqiq olmadı
Bakılıların heyətində Cavadov seçilir. Hücumçumuz ardıcıl 2 dəfə thlükəli hücum qurmağa çalışsa da hər ikisində kobudluqla dayandırıldı.
Cavadovun güclü zərbəsinin qarşısını müdafiəçilər aldı.
Meydan sahibləri qayda pozuntusuna yol verdi.
İaşvilinin zərbəsinidən sonra qapıçı topu dəf etdi.
Təmsilçimiz yenidən hücuma atılır.
Adlamın zərbəsini Lomaya dəf etdi.
Cavadovun künc zərbəsini yerinə yetirir.
Sxadadze fərqi artırmağa yaxın oldu, lakin o, hədəfi qaçırır.
Təmsilçimizin qapısı ağzında təhlükəli anlar yaşandı.
İlk hissə başa çatdı. “İnter” fasiləyə üstün yollandı.

Fasilə.

İkinci hissə başladı.
Cavadov oyundan kənar vəziyyətə düşdü.
Təmsilçimiz üçün yaxşı fürsət ələ keçmişdi, amma futbolçular qol imkanından yaralana bilmədi.
Abdulla Abasiev sarı vərəqə ilə cəzalandı.
Matias Viklof Rezqar Amaninin yerinə meydana daxil oldu.
Sxadadze fərqi artırmağa yaxın oldu, amma onun zərbəsi hədəfdən yayındı.
Təmsilçimizin heyətində Matiya Şpiçiç Aleksandr İaşvilinin yerinə meydana daxil oldu.
73-cü dəqiqədə isə Baçana Sxadadze Daniel Genov əvəzlədi.
Əmircanovun zərbəsini rəqib qolkiper çıxardı.
Viklof Daşdəmirova qarşı kobudluq etdi.
86-cı dəqiqədə Vaqif Cavadov fərqi artırdı.
Viklof Cavadovun qarşısını kobudluqla kəsdi.
Oyun başa çatdı, təmsilçimiz növbəti mərhələdə.