“Neftçi” “Dinamo”ya uduzdu - YENİLƏNİB
11.07.2013 - 18:48
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” Avstriyada təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, paytaxt klubu bu gün hazırlıq çərçivəsində sonuncu - 6-cı yoxlama oyununu keçirib.
Flaqmanın rəqibi Drezden “Dinamo”su olub. Böyükağa Hacıyevin yetirmələri Almaniya klubuna 1:2 hesabı ilə məğlub olub.
Bununla da, sabah Bakıya qayıdacaq olan komandamız son görüşündə də qələbəyə həsrət qalıb.
Qeyd edək ki, “Neftçi” Avstriyada “Volqa” (0:1), Kottbus “Energi”si (0:2) və Hayfa “Makkabi”sinə (0:3) uduzubsa, Burqhauzen “Vakker”inə qalib gəlib - 3:0. “Terek”lə isə qolsuz bərabərlik qeydə alınıb.
Yoxlama oyunu
11 iyul
“Neftçi” (AZƏRBAYCAN) – “Dinamo” (Almaniya) - 1:2
QOL: Nfor, 35

0
0