“Bakı” “Penik”ə 8 top vurdu - YENİLƏNİB
11.07.2013 - 22:28
“Bakı” Avstriyada təlim-məşq toplanışı davam etdirir. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” mövsümlərarası fasilədə növbəti yoxlama oyununu keçirib.
Hazırlıq çərçivəsində yerli “Helmaqor” (4:1) klubunu məğlub edən paytaxt təmsilçisi bu dəfə yenə eyni ölkənin klubu ilə qarşılaşıb. Belə ki, serbiyalı baş məşqçi Milinko Pantiçin yetirmələri ikinci yoxlama matçında “Penik”lə münasibətlərini aydınlaşdırıb. Görüşdə “Bakı” rəqibinin qapısından 8 cavabsız top keçirib.
Qeyd edək ki, “Bakı” iyulun 13-də Sloveniyanın SPINS və iyulun 16-da Serbiyanın “Donji Srem” kollektivləri ilə qüvvəsini sınayacaq.
Yoxlama oyunu
11 iyul
“Penik” (Avstriya) - “Bakı” (AZƏRBAYCAN) - 0:8
QOL: Horvart, 1, Abdullayev, 5; 14, Fomenko, 31, Martines, 41, Əliyev, 56, Ələsgərov, 69, Kalonas, 81

0
0