Gökhan Könül “Xəzər Lənkəran”a qarşı oynamayacaq
11.07.2013 - 09:13
Gökhan Könül “Xəzər Lənkəran”a qarşı oynamayacaq
“Fənərbaxça”nın futbolçusu Gökhan Könül “Xəzər Lənkəran”la yoldaşlıq görüşündə iştirak edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin də üzvü olan sağ cinah müdafiəçisi hazırlıqdan kənarda qalıb.

Belə ki, ötən mövsümün sonunda əməliyyat olunan Gökhanın müalicəsi davam edir. Buna görə təcrübəli futbolçu hələ ki komandasının məşqlərini kənarda izləməyə məcburdur. O, bir müddət fərdi proqram əsasında çalışmalıdır.

Qeyd edək ki, “Fənər” şəxsi təyyarəsi ilə birbaşa gələcəyi Lənkəranda iyulun 21-də saat 20:00-da meydana çıxacaq.