Asif Məmmədov “Mariehamn”a qarşı oynaya bilər
11.07.2013 - 09:43
Asif Məmmədov “Mariehamn”a qarşı oynaya bilər
“İnter”in aparıcı oyunçularından sayılan Asif Məmmədov bu gün “Mariehamn”la Avropa Liqasının I təsnifat mərhələsində baş tutacaq cavab matçında meydana çıxa bilər. Apasport.az saytının məlumatına görə, cinah yarımmüdafiəçisi komandanın dünən Finlandiyada baş tutmuş kollektiv məşqlərində iştirak edib.

Bakıdakı oyunda hesabı açan Asif fasiləyə yaxın zədələnmişdi. Onun əzələ bağlarının qopduğu güman edilsə də, müayinədən sonra zədənin ciddi olmadığı, sadəcə kapilyarların yüngül zədə aldığı üzə çıxmışdı.