“Neftçi”nin rəqibi voleybol oynamaqla hazırlaşır
11.07.2013 - 10:38
“Neftçi”nin rəqibi voleybol oynamaqla hazırlaşır
Drezden “Dinamo”su ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”yə qarşı voleybol oynamaqla hazırlaşıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın 2-ci Bundesliqa klubu Avstriyanın Valxze qəsəbəsində hazırlıq keçir.

Dünən “Dinamo” burda 4-cü məşq gününü keçib. Avstriyalı Peter Pakultun yetirmələri çimərlik voleybolu oynayıb və bu gün “Neftçi” ilə oyuna çıxacaq.

Qeyd edək ki, bu qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.