“Millinin futbolçusu əsgər ola bilməz ki?
11.07.2013 - 10:40
Azərbaycan hərbçilərdən ibarət yığma komandasının qapıçısı Anar Nəzirovun apasport.az saytına müsahibəsi
- Əvvəlcə Bakıda keçirilən dünya çempionatındakı çıxışınız haqda fikirlərinizi bildirərdiniz...
- Komanda çempionata yaxşı hazırlaşmamışdı. Mən komandaya gec qoşuldum. Uşaqların çox əziyyət çəkdiklərini deyə bilərəm. Həmin əziyyətin bəhrəsini isə yavaş-yavaş görürlər. İnşallah, bunun ardı gələr və finala vəsiqə qazanıb, çempion olarıq.
- Yığmamız qrup mərhələsi çərçivəsində keçirdiyi 3 oyunun heç birində qol buraxmamışdı. Ancaq Bəhreynlə görüşdə qapımızda birdən-birə 2 qol gördük. Bu nəyin nəticəsi idi?
- Futbolda belə şeylər olur. Komandada hansısa arxayınçılıq yox idi. Yorğunluq var. İki gündən bir oyuna çıxmağa öyrəşməmişik. Uşaqlar xarakter göstərir və qələbə qazanırlar.
- Yarımfinalda Omanla üzləşəcəksiniz. Rəqiblə bağlı nə deyə bilərsən?
- Oman çempionatın ən güclü komandalarından biri, bəlkə də ən yaxşısıdır. Çalışacağıq ki, onları udub, əsgərlərimizi, xalqımızı sevindirək.
- Yığma 4 oyun keçirsə də, heç birində meydana çıxmamısınız. Oynamamağın nə ilə bağlıdır?
- Zədəm var. Normal məşqlər də edə bilmirəm. Barmağımda çat var.
- Belə çıxır ki, dünya çempionatında oynamayacaqsınız?
- Tez sağalacağına inanıram. Çat olduğunu bilmirdim. Ağrılar olduğuna görə müayinə olundum. Məlum oldu ki, çat var. Həkimlər ən azı 10 gün məşq etməməyi tapşırıb. Ancaq Kamran Ağayevin də zədəli olduğunu nəzərə alıb, komandaya qoşuldum. İynənin gücünə olsa belə, ehtiyatda oturub, kömək etməyə çalışıram.
- Komandanın şəraiti necədir?
- Şəraitlə bağlı baş məşqçimiz Nazim Süleymanov danışıb. Nəyisə əlavə etməyə ehtiyac yoxdur.
- Əsas yığmanın da üzvüsünüz. Milli isə adətən ən yaxşı otellərdə məskunlaşır. Hər cür şəraiti olan məkanda qalmağa vərdiş etmiş futbolçular üçün əsgər yataqxanasında qalmaq ağır deyil?
- Pis öyrənmişdik. Bu, bizə bir dərs oldu. Təbii ki, bunlar bir zarafat idi. Düzdür, əsgər yataqxanasında qalırıq. Artıq buna fikir vermirik. Nazim müəllimə, özümüzə görə oynayırıq. Adı üstündədir - dünya çempionatıdır. Heç olmasa burda xalqımızı, əsgərlərimizi sevindirək.
- Əsgərlərdən söz düşmüşkən, əslində, burada hərbçilər çıxış etməlidir. Ancaq komandanın əksər üzvü əsas və aşağı yaşlı millilərin üzvləridir. Sizin hərbçilərlə hansı bağlılığınız var?
- Millinin oyunçusu əsgər ola bilməz ki?
- Konkretləşdirsək, siz hərbi xidmətdə olmusunuz?
- Olmamışam, ancaq olacağam. Demək olar hərbi xidmətdəyəm. İyuldan başlayıb.
- Şəraitinizlə bağlı narazılığınızı Təşkilat Komitəsinə niyə bildirməmisiniz?
- Bu haqda çox danışılıb. Komandadakıların hamısı peşəkar futbolçulardır. Hər cürə şəraiti görmüşük. Bura gələndə həqiqətən çox narazılıq var idi. Bundan sonra nəyisə demək gecdir. Rəhbərlik bu yaxşı görür. Çempionat qurtarır.
- Qidalanma necədir?
- Qidalanma ilə bağlı problemimiz yoxdur. Bu baxımdan vəziyyət yaxşıdır.
- Mükafatla bağlı necə, hansısa vəd verilibmi?
- Heç nə eşitməmişəm. Bizə nəsə deyilməyib.

0
0