Çempionumuzun taleyi mühasibin əlində
11.07.2013 - 11:56
Çempionumuzun taleyi mühasibin əlində
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Skenderbeu” – “Neftçi” matçını idarə edəcək baş hakimin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun taleyinə aydınlıq gətirəcək Albaniyadakı qarşılaşmada ədaləti qoruyacaq polşalı Pavel Gil 2009-cu ildən FİFA referisidir.

37 yaşlı hakim karyerasına 2005-ci ildə başlasa da. Cəmi 4 il sonra beynəlxalq dərəcə alıb. 2009-cu ildə U-17-lərin Avropa çempionatının final mərhələsində iş başında olan Gil belə yarışlarda kifayət qədər təcrübə sahibidir. Ötən ay U-21-lərin qitə çempionatında da polşalı hakimə ehtiyac duyulmuşdu. UEFA-nın hakimlər üçün 1-ci kateqoriyasına daxil olan Gil Çempionlar Liqası və Avropa Liqasında qrup matçlarını idarə edib.

İqtisadçı təhsili alan Gil mühasib kimi çalışır. Polşalı hakim ilk dəfə Azərbaycan təmsilçilərinin oyununda fit çalacaq.