“Qarabağ” – “Metallurq” oyunu canlı yayımlanacaq
11.07.2013 - 12:35
“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsində Makedoniyanın “Metallurq” klubu ilə bugünkü cavab oyununun canlı yayım məsələsinə tam aydınlıq gəlib. Klubun meneceri Asif Əsgərov apasport.az saytına açıqlamasında saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq matçın Az.TV ilə birbaşa göstəriləcəyini bildirib.
O, bir neçə gün açıq qalan məsələnin artıq müsbət həllini tapdığını söyləyib: “Oyunumuzun yayın hüququ bizə məxsus idi. Ancaq telekanallarımıza canlı yayımla bağlı şərt irəli sürməmişdik. Sadəcə, nədənsə canlı yayımla bağlı məsələ açıq qalmışdı. Nəhayət, dövlət televiziyamız bizə müraciət edərək, yayımın təşkilini öz üzərinə götürdü”.
Qeyd edək ki, ağdamlıların Skopyedə 1:0 hesabı ilə qalib gəldiyi ilk oyunu ölkəmizdə canlı yayımlanmamışdı.

0
0