“Xəzər Lənkəran”la “Neftçi”nin futbolçuları bir arada - FOTOSESSİYA
11.07.2013 - 14:32
“Xəzər Lənkəran”la “Neftçi”nin futbolçuları bir arada - FOTOSESSİYA
UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq 2016-cı ildə ilk dəfə Azərbaycanda 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa Çempionatı keçiriləcək. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu çempionatda ev sahibi statusu ilə çıxış edəcək U-17 yığmamızın heyətinin formalaşdırılması məqsədilə ilkin hazırlıq olaraq yanvarın 25-dən fevralın 10-dək U-14 Kuboku turniri təşkil olunmuş və bu turnirin oyunlarını seleksiyaçı-məşqçilər izləmişdi.

Seleksiya prosesi nəticəsində U-14 Kuboku turnirində iştirak edən komandaların heyətində fərqlənən futbolçular seçilib. Komandanın əhval-ruhiyyəsini yüksəltmək və heyətin komplektləşdirilməsi üçün ilkin addımların atılması məqsədilə AFFA tərəfindən iyulun 5-dən etibarən Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində düşərgə təşkil olunub. Düşərgədə məşqlərlə yanaşı intellektual oyunlar, əyləncəli tədbirlər keçirlir.

Qeyd edək ki, düşərgədə “Neftçi”, “Xəzər Lənkəran”, “Bakı”, “Qəbələ” kimi klublardan futbolçular bir yerdə istirahət edir