Türkiyəlilər azərbaycanlı futbolçuları səhv salır
11.07.2013 - 16:39
Türkiyəlilər azərbaycanlı futbolçularla bağlı anlaşılmağı davam edir. Apasport.az saytının məlumatına görə, “Dənizlispor” 2 illik müqavilə bağladığı Saşa Yunisoğlunu müdafiənin sol cinahında oynadığını göstərsə, əslində o, mərkəz müdafiəçisidir. 28 yaşlı futbolçumuzun müxtəlif mənbələrdə “Neftçi”dən, AZAL-dan gəldiyi göstərilsə də, o, əslində “Sumqayıt”ın oyunçusu idi. Yunisoğlu ötən mövsüm bu 2 komandada oynadıqdan sonra fasilədə sumqayıtlılarla 1 illik müqavilə bağlamışdı.
İndi də “Bucaspor”a baxışdan keçirdiyi Ramal Hüseynovla bağlı səhv məlumat yayılıb. Bunu klubun mətbuat katibi Timur Yaykıranın açıqlamasında görmək olar: “2009-cu ildə qısa müddət “Kocaelispor”un formasını geyinmiş 28 yaşlı azərbaycanlı futbolçu Ramal Hüseynovu sınamağa almışıq. Orta sahədə sağ və sol cinahda yer ala bilən futbolçu bunun üçün bazamızda yeni mövsüm hazırlıqlarına qatılıb. Keçən mövsüm “Qaradağ Lökbatan”da oynayan və komanda ilə birgə çempionluq yaşayan bir futbolçu olan Hüseynovun əsl komandası Azərbaycanın “Neftçi” klubudur”.
Əslində isə Ramal müqavilə ilə də “Neftçi”yə bağlı deyil. O, bu komandada “Kocaleispor”a getməmişdən sonra – 2008-ci ildə az müddət oynayıb.

0
0