Ernest Nfor “Neftçi” ilə müqavilə bağlamağa qayıtdı
11.07.2013 - 16:45
Kamerunlu futbolçu Ernest Nfor “Neftçi”nin düşərgəsinə qayıdıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı oyun qurucusu Avstriya təlim-məşq toplanışı çərçivəsində az sonra başlayacaq Drezden “Dinamo”su ilə yoxlama oyununda start heyətində yer alıb.
Avstriyadakı hazırlığın əvvəlində iştirak edən Nfor bundan sonra Belçikaya yollanaraq müqaviləsi olduğu “Kortriyk”lə məsələsini həll etməli idi. Hələ 1 illik anlaşmasının pozulmağı üçün çətinliklərlə üzləşən kamerunlunun istəyinə çatdıqdan sonra “Neftçi”yə dönüşü nəzərdə tutulmuşdu. Bakılılar sərbəst futbolçu olmağı həll edən Nforla müqavilə bağlamağa hazırdır.
Çempionlar Liqasındakı təmsilçimiz Albaniyanın “Skenderbeu” ilə II təsnifat mərhələsi oyunları üçün UEFA-ya göndərdiyi iştirak ərizəsinə daha 1 futbolçunun adını ilk matça 1 sutka qalmışa qədər daxil edə bilər. Həmin yer məhz Ernest üçün nəzərdə tutulub. Sabah Bakıya qayıdacaq “Neftçi” legionerlə transfer məsələsini rəsmiləşdirəndən sonra onu sifariş edəcək.
Qeyd edək ki, çempionumuz Albaniya təmsilçisi ilə ilk oyunu iyulun 17-də öz meydanında keçirəcək.

0
0