Argentinalı müdafiəçi həmyerlisinin yanına getdi
11.07.2013 - 19:50
Argentinalı müdafiəçi həmyerlisinin yanına getdi
“Malaqa” ilə müqaviləsi başa çatan müdafiəçi Martin Demikelis özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu “Atletiko”ya keçib.

Bu gün 32 yaşlı oyunçu Madrid təmsilçisində tibbi müayinədən keçdikdən sonra həmyerlisi Dieqo Simeonenin komandası ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Demikelis 2011-ci ildən “Malaqa”da çıxış edirdi.