Alfonso Qreko: “Xəzər Lənkəran” növbəti mərhələyə layiq idi
11.07.2013 - 21:10
Alfonso Qreko: “Xəzər Lənkəran” növbəti mərhələyə layiq idi
“Mənim gözlədiyim oldu. “Xəzər Lənkəran” bizdən üstün idi.” Apasport.az saytının məlumatına görə, bu sözləri “Slima”nın baş məşqçisi Alfonso Qreko deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyun günündə təmsilçimiz “Xəzər Lənkəran”a minimal hesabla uduzub, turnirlə vidalaşmalarına şərh verib: “Biz on nəfərlə qaldıq. Oyun bizi qane etdi. Matçdan sonra futbolçuları təbrik etdim. Əgər 10 nömrəli oyunçudan çox olsaydı, daha yaxşı olardı. Sizin bir futbolçunuzun qiyməti bizim klubun büdcəsindən yuxarıdır. Komandama hər zaman tempi saxlamağı tapşırmışdım. “Xəzər Lənkəran” növbəti mərhələyə layiq idi”.