Con Toşak: Hətta uelsli futbolçu olsaydı belə...
11.07.2013 - 21:17
“Düşündüyümüz kimi, çətin qarşılaşma alındı. Rəqib bu gün çox çalışdı. Xüsusilə, ilk yarıda bizim 4-5 qol imkanımız oldu. 1:0 göstərdiyimiz oyuna görə deyildi. Mövsümün əvvəli olduğundan futbolçulara çətin idi”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak deyib.
“Ağ-yaşıllar” bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab matçında Maltanın “Slima” klubunu qəbul etdi. 1:0 hesablı qələbə qazanan cənub təmsilçisi bununla ikinci mərhələyə yüksəldi.
Oyun barədə danışan uelsli çalışdırıcı Elnur Abdullayevin qırımızı, Marin Osuliçin isə ikinci sarı vərəqə alıb cəzalı duruma düşməsindən narazı qalıb: “Elnur Allahverdiyev də Maltadakı görüşdə qırmızı vərəqə almışdı. Ümumiyyətlə, son vaxtlar çox qırmızı vərəqə alırıq. Elnurlar. Əsl azərbaycanlı oğlanlar. Fikirləşmək lazımdı. Nəticəyə görə sevinirəm”.
Toşak bildirib ki, növbəti oyunda da erkən qol vuracaqlarına ümid edir: “Makkabi” ilə görüşdə də erkən qol vurmağa çalışacağıq. “Slima” fiziki cəhətdən hazırlıqlı idi. Amma bizdə belə deyil. İstənilən halda, ilk oyunun iki gün əvvələ çəkilməsi planlarımızı pozdu. Bir yoxlama oyununu təxirə saldı. “Makkabi” ilə qarşılaşmaya hələ 1 həftə vaxtımız var. Marinlə Abdullayevi itirsək də, Elnur Allahverdiyev oynaya biləcək. Bazar günü İsrailə gedəcəyik”.
Uelsli mütəxəssis daha sonra intizam qaydalarına görə bəzi futbolçular barədə ölçü götürüləcəyini söyləyib: “Hətta cəzalanan uelsli futbolçu da olsaydı, cəzalanacaqdı”.

0
0